Antalyada təlim-məşq toplanışıda olan "Qarabağ" bu gün sonuncu yoxlama matçına çıxacaq.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionunun rəqibi "Mladost" olacaq.
Türkiyədəki ilk 5 görüşün heç birində qələbə qazana bilməyən ağdamlıların Monteneqro təmsilçisi ilə qarşılaşması Bakı vaxtı ilə 19:30-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" hazırlıq çərçivəsində buna qədər "Kuban" (Rusiya - 2:2), "Lexiya" (Qdansk, Polşa - 1:1), "Şkupi" (Makedoniya - 0:0), "Mariupol" (Ukrayna - 2:3) və "Sarayevo" (Bosniya və Herseqovina - 0:2) ilə oynayıb.
Yoxlama görüşü
3 fevral
19:30. "Qarabağ" (Azərbaycan) - "Mladost" (Podqoritsa, Monteneqro)
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin