Prezident dəyişiklik etdi

Prezident dəyişiklik etdi
18:16 10 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında ” Azərbaycanın 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Fərmanda bildirilir ki, Nazirlər Kabineti Azərbaycan qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib prezidentinə məlumat versin. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində prezidentə məlumat versin.

Bundan başqa avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar dövlət qeydiyyatı, həmçinin avtonəqliyyat vasitələrinə dövlət texniki baxışı zamanı aidiyyəti dövlət orqanlarının yol vergisinin ödənilməsi barədə sənədi tələb etməsinin həmin Qanun qüvvəyə mindiyi gündən dayandırılmasını təmin etsin.

Aidiyyəti dövlət orqanları ilə birlikdə, bu Qanunla təsdiq edilmiş yeni vergi dərəcələrinə uyğun olaraq, 2015-ci il dövlət büdcəsinin gəlirlərinin artırılması üçün zəruri tədbirlər görsün və hər rüb dövlət büdcəsinə vergi növləri üzrə əlavə daxilolmaların vəziyyəti barədə prezidentə məlumat versin.

Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Vergilər Nazirliyi, Vergi Məcəlləsinin 212.3-cü maddəsinə uyğun olaraq, bir ay müddətində yol vergisi bəyannaməsinin formasını müəyyənləşdirsin.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=318922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR