"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bunu Monqolustanda səfərdə olan Türkiyənin xairci işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
"Hər şeydən öncə həm Papa, həm də erməni təmsilçilərinin açıqlamaları tarixi və hüquqi baxımdan əsassızdır. Soyqırım hüquqi bir ifadədir. Bu iddia tamamən iftiradan ibarətdir. Papa müsəlman, türk və xristian arasında bir ayrı-seçkilik edir. Buna örnək olaraq, Bosniya-Hersoqovina və Ruandada baş vermiş hadisələr beynəlxalq məhkəmələrdə soyqırım kimi qaldırılmalı olduğu halda onu "kütləvi qətl" adlandırır. Ancaq hüquqi cəhətdən tanınmayan 1915-ci il hadisələri ilə bağlı iddiaya "soyqırım" deyir. Bütün baxımlardan mübahisəlidir. Tarix təhrif edilib. Ağrı-acıların yalnız bir dinin mənsublarına aid olduğu iddiası, Türkiyə və türk milləti üçün boş bir hökmdür".
Onun sözlərinə görə, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacı məsləhətləşmə üçün Ankaraya çağrılıb: "Bu məsləhətləşmədən sonra atılacaq addımlar ictimaiyyətə çatdırılacaq".
Xatıladaq ki, ötən gün Roma Papası I Frantsisk 1915-ci ildə Osmanlıda ermənilərin "soyqırım" olduğunu iddia edib.