Əməkdar artist Tünzalə Ağayevanın şəxsi həyatında dəyişiklik olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində danışıb.

O, Ağayevanın eşqə düşdüyünü bildirib: "Görürük ki, Tünzalə hit arxasıyla hit çıxarır, çalışır. Bu həvəs haradandır? Son vaxtlar ondan başqa şeylər hiss edirəm. İnstaqram-da statuslar filan... Havada eşq qoxusu var".

Qeyd edək ki, müğənni "Simurq" telekompaniyasının ( Türkel TV) eks- rəhbəri Rəhman Əliyevlə ailəli olub. Cütlüyün Fidan adlı bir qızı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində