Dəm qazından zəhərləndi

Dəm qazından zəhərləndi
19:05 10 Yanvar 2015
152 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay sakini dəm qazından zəhərlənib.
 
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 17:00 radələrində Göyçay şəhərində baş verib.
 
Göyçay sakini, 1987-ci il təvəllüdlü Abdullayev Tərlan Füzuli oğlu yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılmış su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib. Koma vəziyyətinə düşən T. Abdullayev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan xəstənin vəziyyəti ağır olaraq qalır.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318325.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR