Müğənni İbrahim Tatlısəsin qızları Dilan və Elif Ada bir araya gəliblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənninin keçmiş həyat yoldaşı Ayşegül Yıldız qızını bacısı ilə görüşdürüb. Ayşegül Dilanla Elif Adanın arasının çox yaxşı olduğunu deyib:

"Qızım hər zaman şəkillərə baxıb "Ana, bacım nə vaxt gələcək" deyə soruşurdu. Bu gün xeyli vaxt keçirdilər, əyləndilər. Baxın, bacılar bir-birinə necə bənzəyir".

Yıldız İbrahimin yenidən evlilik təklifi etməsi ilə bağlı isə bunu söyləyib:

"Biz düşmən deyili. Amma yenidən ərə getmək fikrim yoxdur. Ağıllı qadınlar ikinci dəfə ərə getmir. Baxın, Hülya Avşar ərə gedir?"

Milli.Az