İngiltərənin futbol yığmasının sabiq kapitanı, ölkənin ən məşhur futbolçularından biri Devid Bekhem "Malaria Must Die" ("Malyariya ölməlidir") kampaniyası çərçivəsində reklama çəkilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, içinə ağcaqanadlar doldurulmuş şüşə kubda duran 42 yaşlı Devid Bekhem videoklipdə deyir: "Məhv olacaq nəsil ola bilərik. Milyonların yaşaması üçün malyariya ölməlidir".

Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, 2016-cı ildə dünyada 216 milyon malyariyaya yoluxma faktı qeydə alınıb. 445 min insan malyariyadan ölüb.

Devidin olduğu kuba 10 min ağcaqanad buraxılmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

O ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem - VİDEO - FOTOO ölməlidir ki, biz yaşayaq - 10 min ağcaqanad və Bekhem

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin