Bu barədə "Report" "The Independent"ə istinadən xəbər verir.
İmperator Akihitonun nəvəsi açıqlamasında bildirib ki, evlənmək qərarı tələsik qəbul edilib. Yaponiya İmperator Sarayının məlumatında əvvəlcədən 2018-ci ilin noyabr ayına planlaşdırılan toyun 2020-ci ilə təxirə salındığı və bunun cütlüyün nikah barədə ətraflı düçünməsi üçün edildiyi vurğulanıb.
Xatırladaq ki, zadəgan mənsubiyyəti olmayan gənclə evlənəcəyi halda şahzadə Mako titulunu itirəcək.