ABŞ Suriyada Rusiyaya qarşı toqquşmaya səbəb olacaq
addım atıb.
Publika.az xəbər verir ki, Rusiya ordusu əsgərlərin ABŞ-ın
rəhbərliyi altındakı koalisiyanın dəstəklədiyi qüvvələrin olduğu
şərq tərəfə keçə bilməsi üçün sentyabr ayında Deyr-ez-Zor şəhəri
yaxınlığında Fərat çayı üzərində 210 metrlik körpü inşa edib.
Lakin yanvarın 6-da şiddətli yağışların yağmamasına baxmayaraq, çay
qəfil daşıb və körpü sıradan çıxıb.
Rusiyanın “Krasnaya Zvezda” qəzeti yazır ki, bunu ABŞ bilərəkdən
edib.
“Suriyalı mütəxəssislərin araşdırmasından məlum olub ki, çayın
daşması və körpünün sıradan çıxmasına səbəb ABŞ-ın dəstəklədiyi
qüvvələrin olduğu bölgədəki Tabka barajının məqsədli şəkildə
qaldırılmasıdır. Məqsəd Suriya ordusunun Fərat sahilində
güclənməsinin qarşısını almaqdır”, - deyə qəzet yazır.
Ekspertlər son vaxtlar gərginləşən ABŞ-Rusiya münasibətləri fonunda
belə addımların qarşıdurmanı daha da şiddətləndirəcəyini hesab
edirlər.
Asif