Qan qoxulu SSENARİ, müharibə BAŞLADI… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
213 baxış·5 dəq oxu
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyini bəyan edib.Qərb ekspertləri Ukrayna və
Yaxın Şərqdə “ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını
hesab edirlər.Fransa Türkiyəni Afrində “Zeytun budağı”
hərəkatını dayandırmağa çağırıb.ABŞ Konqresi büdcə ilə
bağlı yenidən ortaq qərara gələ bilməyib.Rusiya Ukraynada
strateji məğlubiyyətə uğradı. İndi Kreml Qərblə, hər şeydən əvvəl
ABŞ-la barışığa getməyə çalışır.
"Avropa İttifaqı tam olaraq Azərbaycanın
suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü
dəstəkləyir". Bu sözləri Avropa İttifaqının xarici
işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika
Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla
birlikdə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasından sonra
keçirilən mətbuat konfransında deyib.
F. Mogerini bildirib ki, Azərbaycan Aİ üçün vacib tərəfdaşdır:
“Biz bu gün əlaqələrimizin ümumi vəziyyətini və əməkdaşlığımızın
ikitərəfli aspektlərini müzakirə etdik”.
2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək
prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında
fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə
“ilişən” Rusiyanın post-sovet məkanına qayıdacağını hesab
edirlər.
İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl
ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya
inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan
prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından
ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına
diqqət ayırmasını xahiş etdi.
Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı
artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi
Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi
Qafqazda yeni müharibəni alovlandıra bilər.
Putinin yeni post-sovet PLANI İŞƏ DÜŞÜR: 18 martdan sonra İrəvanı alt-üst edəcək SSENARİ
Türkiyə döyüş təyyarələri 4 günlük fasilədən sonra
Suriyanın Afrin bölgəsində YPG-yə (PKK terror təşkilatının Suriya
qolu olan PYD-nin silahlı qanadı –red.) qarşı hava əməliyyatı
keçirib. Afrinin mərkəzi, Minnig hava limanı, Bafilun
dağı və Raco bölgəsində terrorçuların mövqeləri bombalanıb.
Afrinin mərkəzində YPG-nin qərargahının vurulduğunu xəbər verən
yerli mənbələr döyüş təyyarələrinin Münbiç üzərindən keçdiyini
bildiriblər.
Qeyd edək ki, İdlibdə Rusiyanın "Su-27" təyyarəsinin
vurulmasından sonra Suriyanın hava məkanı Rusiya təyyarələri üçün
bağlanmışdı.
“Zeytun budağı” əməliyyatı çərçivəsində
Qırıqxan-Hassa-Dəli Osman bölgəsindəki 65 kilometrlik sərhəd
xəttinin 47 kilometrlik hissəsində Türkiyə Silahlı Qüvvələri və
ASO-nun yaratdığı mövqelər birləşdirilib. Mövqelərin
birləşdirilməsi TSQ-ya kəşfiyyat məlumatlarının daxil olması
prosesini də sürətləndirib.
Təhlükəsizlik qüvvələri döyüş meydanında üstünlüyün artması ilə
birlikdə kəşfiyyat məlumatları axınının da 20 yanvar tarixi ilə
nisbətdə 16 dəfə artdığını bildirib. Əldə olunan məlumatların
PUA-lar tərəfindən dəqiqləşdirildiyi və PKK-nın mülki vətəndaşlar
vasitəsilə bölgəyə 3 min terrorçu gətirdiyi vurğulanıb.
Qeyd edək ki, Afrin şəhərində “Zeytun budağı” əməliyyatına TSQ
və ASO 20 yanvar tarixində başlayıb.
Fransa Türkiyəni Afrində “Zeytun budağı” hərəkatını
dayandırmağa çağırıb. Bununla bağlı Fransanın Xarici
İşlər naziri Can Yves Le Drian danışıb.
O bildirib ki, Türkiyə Afrində PYD/YPG silahlılarına qarşı
bombardmanı dərhal dayandırmalıdır.
Bəşər Əsəd rejimi PYD/YPG terror təşkilatına
Suriyada muxtariyyət, yaxud yerli idarəetmə verməyə
hazırdır. Bu barədə Suriya rejiminin kürd əsilli
deputatı Ömer Ose deyib.
Ö.Ose PYD/YPG-ni rejimlə daha sıx dialoq aparmağa çağırıb.
Suriya deputatı Əsəd rejiminin PYD/YPG-yə silah verdiyini də
etiraf edib.
“Daha əvvəl də onlara silah verdik. Suriya hökuməti Türkiyənin
Afrində keçirdiyi əməliyyata qarşı PYD/YPG-yə dəstəyini artıracaq”,
- deyə o bildirib.
Suriyada ABŞ-ın döyüş təyyarələrinin Deyr-ez-Zor
əyalətində Suriya ordusunun tərəfində vuruşan döyüşçülərə endirdiyi
zərbələr ABŞ-Rusiya xəttində gərginliyi yüksəldə
bilər. Zərbələr nəticəsində ölən döyüşçülər arasında
biri polkovnik olmaqla 3 Rusiya hərbçisi var.
Müharibə başladı? - ABŞ Rusiya hərbçilərini BOMBARDMAN ETDİ
Suriyada sülh istəməyən ABŞ-ın yeni hədəfi
İrandır. Bu barədə Rusiya Araşdırmalar İnstitutunun
rəhbəri professor Salis Yılmaz deyib.
ABŞ-ın Azərbaycan sərhədlərində çaldığı “ölüm zəngi” – İrana HÜCUM BAŞLANDI
ABŞ Konqresi büdcə ilə bağlı yenidən ortaq qərara
gələ bilməməsi nəticəsində federal hökumət gecə yarısından etibarən
avtomatik olaraq işini dayandırıb.
Bir neçə saat sonra ABŞ Konqresi 2018 və 2019-cu illər üçün
büdcənin əsas parametrlərini təsdiqləyib və hökumətin müvəqqəti
maliyyələşdirilməsini martın 23-dək uzadıb.Nümayəndələr Palatası
bir neçə saat əvvəl Senat tərəfindən təsdiqlənmiş qanun layihəsini
təsdiqləyib.
İndi sənəd təcili qaydada Ağ Evə - Prezident Donald Trampa
göndərilib. Dövlət başçısı sənədi yeni iş günü başlayana qədər
imzalayarsa, amerikalı dövlət məmurlarının hamısı rahat şəkildə
vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
“Rusiya 2030-cu ilə qədər vuruşmağa hazırdır,
Ukrayna üçün hər şey yalnız başlanır”. Bunu hərbi
ekspert Aleksey Arestoviç Ukraynanın “Apostrof” nəşrinə
müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya vəziyyətin kəskinləşməsinə
gedəcək.
A.Arestoviç hesab edir ki, Rusiyanın bütün oyunu 2030-cu ilə
qədər hesablanıb. O, hətta hakimiyyətin əvəz olunacağı və ölkə
rəhbərliyində Putin olmayacağı halda belə, bunun dəyişməyəcəyini
düşünür. Ekspertin fikrincə, Rusiya indi geri çəkilməyə başlayarsa,
ölkədə böhran qaçılmazdır.
Müharibələr, çevrilişlər və yeni Suriyalar - Putinin 2030-cu il hazırlığı və QAN QOXULU SSENARİ
“Rusiya Ukraynada strateji məğlubiyyətə uğradı. İndi
Kreml Qərblə, hər şeydən əvvəl ABŞ-la barışığa getməyə
çalışır”. Bunu Ukraynanın “Apostrof” nəşrinə
müsahibəsində Rusiya politoloqu Liliya Şevsova bildirib.
“Rusiya yalnız “Novorossiya” konsepsiyasından (Ukraynanın cənub
və şərqinin faktiki zəbtini nəzərdə tutan layihə - “Apostrof”)
imtina etməyə məcbur olmadı, həm də başqa Avropa ölkələrinin daxili
işlərinə müdaxilə konsepsiyasından imtina etdi. Suriya poliqonunda
Rusiyanın “qələbəsi” də həmçinin qələbə kimi görünmür”, - politoloq
deyib.
Onun sözlərinə görə, ən azı son iki ildə Kremlin öz siyasətindən
çəkilməyə çalışmasının bütün əlamətləri görünür. Şevsova Moskvanın
ən azı iki səbəbə görə ABŞ prezidenti Donald Trampdan ehtiyat
etdiyini vurğulayıb:
Rusiya strateji məğlubiyyətə uğradı - Putinin ehtiyat etdiyi İKİ FAKTOR