İndoneziyada naməlum şəxs maçete ilə kilsə ziyarətçilərinə hücum edib
Paylaş
100 baxış·1 dəq oxu
Bakı. 11 fevral. REPORT.AZ/ Bazar günü İndoneziyanın Cokyakarta şəhərində maçete ilə silahlanmış şəxs katolik kilsəsinin ziyarətçilərinə və keşişə hücum edib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Bisnis Indonesia" qəzeti məlumat yayıb. Onun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.