Mustafa Abbasbəyli Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Assosiasiyadan məlumat verilib.

Bildirilir ki, bu qərar assosiasiya təsisçilərinin ümumi iclasında qəbul edilib.

Məlumata görə, M.Abbasbəyli fevral ayının 9-dan vəzifələrinin icrasına başlayıb.

Milli.Az