Qarabağa köçürülməsi planlaşdırılan “MƏXFİ ORDU”, İrəvan BOMBALANACAQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
277 baxış·7 dəq oxu
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət
sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata
keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Ankara ABŞ-ın
dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri öncəsi Vaşinqtona
qarşı sərt bəyanatlarla çıxış edib.Türkiyə ordusu və Azad
Suriya Ordusunun (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı”
əməliyyatı uğurla davam etdirilir. MOSSAD-ın agenti olduğu deyilən
yəhudi əsilli fransız filosof NATO-nu Türkiyəyə müdaxilə etməyə
çağırıb.Mixail Saakaşvili Kiyevdə
saxlanılıb.
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət
sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata
keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.
Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından
istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində
hərəkətə cəhd göstərib.
Sərhəddə növbəti TƏXRİBAT: Ermənilər öz avtomobillərini yandıraraq geri çəkildilər - FOTO/VİDEO
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu
ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya
gözlənilən səfəri şərh edib. Çavuşoğlu ya əlaqələrin
düzələcəyini, ya da tamamilə pozulacağını bildirib.
Çavuşoğlu ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."
“Lazım olan addımları atacağıq, bunun üçün hər hansı
birindən icazə almağımıza ehtiyac yoxdur”. Bunu
Türkiyənin Baş naziri Binəli Yıldırım makedoniyalı həmkarı Zoran
Zayevlə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə
mətbuat konfransında deyib.
ABŞ-ın dövlət katibi Reks Tillersonun bu həftə Ankaraya
gözlənilən səfərinə toxunan baş nazir Vaşinqtonun YPG-ni (PKK
terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.)
sövdələşmə aləti olaraq istifadə edəcəyinə dair iddiaları şərh
edib.
Binəli Yıldırım: “ABŞ ağlını başına toplasın, əks halda...”
Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı"
əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına
yardım edir. "Röyters" agentliyinin araşdırmasında
Bəşər Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı
daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk
ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı
qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər
rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə
gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.
“Dost yoxsa düşmən? Əsəd suriyalı kürdləri Türkiyəyə qarşı gizli
şəkildə dəstəkləyir" başlıqlı xəbərində PKK-nın mühüm üzvlərinin
etiraflarına da yer verilib. PKK döyüşçüləri Əsədin onlara yardım
etdiklərini bildirərək, rejim ilə işbirliyi qurduqlarını
deyiblər.
“Suriyanın Afrin bölgəsinə keçən son qrup
tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə
təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.
Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya
Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar
əsgərlərdən ibarətdir. Mütəxəssis onların hamısının ABŞ silahları
ilə keçdiyini deyib. Əsgərlərinin bir hissəsinin Amerika əsgərləri
olduğuna işarə edən təhlükəsizlik mütəxəssisi hesab edir ki, PKK
terrorçuları normalda gizlətmir.
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını
dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez
üz-üzə gələcəyini bildirirlər.
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert
Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların
bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat
yayıb. Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi
terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.
“Afrində məhv edilən terrorçular arasında PJAK-ın silahlı qanadı
YRK üzvləri də var. Onlar “Ya Zəhra!”, “Lebbeyk ya Hüseyn!”
nidaları ilə döyüşürlər. Buradan sübut olunur ki, İran və Suriyanın
ərazi bütövlüyünü hədəfə alan terrorçular birləşərək, bizə silah
çəkirlər. İranın, Suriyanın, Türkiyənin və İraqın ərazi bütövlüyünü
hədəf alan terrorçular birləşdiyi halda dörd ölkənin məzhəb
tələsinə düşməsi nə dərəcədə doğrudur?! Vəziyyət belə olduğu halda,
Hizbullah PKK-ya döyüşçü göndərir”, - deyə ekspert bölgədə qurulan
böyük tələyə diqqət çəkib.
"Ya Hüseyn" deyib Türkiyəyə qarşı döyüşənlərin kimliyi ŞOK ETDİ: Afrində BÖYÜK TƏLƏ - FOTOFAKT
MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli
fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street”
jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə
etməyə çağırıb. Levi Türkiyənin Afrin əməliyyatının
qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd
edib.
“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə
ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə
kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.
Levi Türkiyənin PKK terror təşkilatı ilə mübarizəsindən narahat
olduğunu qeyd edib. Əlavə edib ki, “Bu kədərli oyun çox davam etdi,
artıq qarşısı alınmalıdır. Türkiyə bizə əlavə seçim qoymur, bu
ölkəyə müdaxilə edilməlidir”.
Türkiyə mediası özünü filosof kimi təqdim edən Bernard Henri
Levin əslində MOSSADA işləyən təxribatçı casus olduğunu və əsas
fəaliyyət sahəsinin Yaxın Şərq olduğunu yazır.
MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...
Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin
Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini
xəbərdar etmişdi. Bu haqda ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) başçısı Ceyms Mettis bildirib.
“Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri
olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki,
orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”,
- amerikalı nazir deyib.
Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü ÖLDÜRÜLDÜ
Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika
erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə
verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya
başlayıblar. Yunan və erməni lobbisi ABŞ senatorları
ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və
İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə gəldiyini
vurğulayıblar.
Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün
Türkiyənin F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat
“sızdıra biləcəyi” iddiasını da ortaya atıblar.
Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə
F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər
müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.
İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və
Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar
edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli
və avropalı diplomatik mənbələrə istinadən bildirib.
Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa
vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə
çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki,
Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq
olunub.
Dünən isə İslam İnqilabının 39-ci ildönümü ilə bağlı keçirilən
tədbirdə çıxış edən İran prezidenti Həsən Ruhani ad çəkmədən İsrail
və ABŞ-a mesaj göndərib.
Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin AYAQ SƏSLƏRİ
ABŞ Dövlət katibi Reks Tillerson Qüdsün statusuna
dair son qərarı fələstinlilərlə israillilərin verəcəyini
bildirib. Qahirədə Misirin Xarici İşlər naziri Sameh
Şükri ilə görüşən Tillerson Amerikanın Yaxın Şərqdə sülh prosesinə
sadiq qaldığını deyib.
“Biz Yaxın Şərqdəki sülh prosesinə sadiq qalırıq. Qüdslə bağlı
son qərarı isə fələstinlilərlə israillilər verəcək”, - o
bildirib.
ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv
şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin
Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində
böyük rol oynayacağını bildirib.
Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR
ABŞ-ın hərbi-dəniz donanmasına Rusiya və Çin sualtı
qayıqlarına qarşı mübarizədə ideal silah sayılan “Sea Hunter”
(Dəniz ovçusu) pilotsuz gəmiləri verilir. ABŞ
mediasının məlumatına görə, “Sea Hunter” dünyada ən böyük pilotsuz
gəmi ünvanına sahibdir. Gəminin bu il ərzində silahlanmaya qəbul
edilməsi gözlənilir.
“Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul
edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın
böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər
naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib.
“Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır.
Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, -
Rusiya naziri deyib.
Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Maryana Betsa
Lavrovun bəyanatını şərh edib.
“Minsk razılaşmalarının dağılması Rusiyanın öz öhdəliklərini
yerinə yetirməməsi və təcavüzünü davam etdirməsi nəticəsində baş
verir”, - ukraynalı diplomat Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, ötən ay Ali Radanın 280 üzvü tərəfindən
dəstəklənən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal
edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması
üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunda Ukrayna
ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi
göstərilib.
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə
restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən
saxlanılıb. Bu haqda onun silahdaşı David
Sakvarelidze bildirib.
Saakaşvili bu ölkəyə deportasiya ediləcək - SON DƏQİQƏ (YENİLƏNDİ) - FOTO/VİDEO