Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Hövsan, Zığ, Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində baş tutmuş səyyar xidmətlər nəticəsində ümumilikdə 467 nəfərin sənədləri qəbul eidlib.
O cümlədən əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşların, həddi-büluğa çatmış gənclərin, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşların müvafiq sənədlərinə baxılıb.
Mütəmadi şəkildə təşkil olunan belə tədbirlər davam etdirilir.
Mənbə
ANS PRESS