Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edilib
07:17 15 Fevral 2018
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.
“Report” xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadəimzalayıb.
Dəyişikliyə görə, hüquq sahibinin istəyi ilə “Elektron hökumət” portalında yerləşdirilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlak üzərində sərəncam verildiyi hallarda, çıxarış notarius tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən “Elektron notariat” informasiya sistemi vasitəsilə “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq real vaxt rejimində əldə ediləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/notariat-hereketlerinin-aparilmasi-qaydalari-haqqinda-telimatda-deyisiklik-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR