Bu gün Avropa Liqasında 1/16 final həyəcanı davam edəcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutacaq.
İddialılardan "Arsenal" "Ostersund"un, "Milan" isə "Ludoqorets"in qonağı olacaq. Dortmund "Borussiya"sı öz meydanında "Atalanta" ilə üz-üzə gələcəyi halda, "Lion" "Vilyarreal"la münasibətləri ayırd edəcək.
Cari mövsümdə "Qarabağ"ın Çempionlar Liqasında rəqibləri olmuş "Kopenhagen"lə "Atletiko"nun dueli də maraqla gözlənilir. Ağdam təmsilçisi danimarkalıları pley-offda mübarizədən kənarlaşdırmışdısa, ispaniyalılarla qrupda keçirdiyi hər iki görüşdə heç-heçəyə (0:0, 1:1) imza atmışdı.
Qeyd edək ki, bu mərhələnin bir görüşü fevralın 13-də keçirilib. "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya) matçı qolsuz bərabərliklə nəticələnib.
Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
15 fevral
"Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) - 1:3
Qollar: Tomasov, 7 - Fernandez, 47, Martins, 50, Dumbia, 56
"Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) - 1:2
Qol: Şürrle, 31 - İliçiç, 51, 56
"Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) - 0:2
Qollar: Kutron, 45, Rodrigez, 62
"Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:0
Qol: Cermeyn, 4
"Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) - 2:1
Qollar: Balotelli, 4, 28 - Fernandez, 45
"Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) - 0:3
Qollar: Monreal, 13, Uellbek, 24, Məsut, 58
"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) - 1:1
Qollar: Odriozolo, 57 - Oyarzabal, 27 (avtoqol)
"Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) - 1:3
Qollar: Adriano, 60 - Aduriz, 22, 39, Riko, 45+1
00:05. AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna)
00:05. "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)
00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya)
00:05. "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya)
00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)
00:05. "Napoli" (İtaliya) - "Leypziq" (Almaniya)
00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya)
Milli.Az