"Repor" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Diplomat Azərbaycanla İtaliya arasında turizm sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib.
Səfir Azərbaycana gələn italyan turistlərin sayının o qədər də çox olmadığını, lakin Azərbaycanın turizm sənayesinin inkişafına böyük əhəmiyyət verdiyini, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin onun inkişafı üçün səy göstərdiyini nəzərə alaraq sayımn artacağına ümid etdiyini vurğulayıb.