Bakı. 16 fevral. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 15,7 mlrd. manat dəyərində əməliyyat aparılıb ki, bu da 2016-cı illə müqayisədə 12% çoxdur.
“Report” Maliyyə Bazarlarına istinadən xəbər verir ki, hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb.