Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul edəcək
16:57 16 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Ə.Qarayev fevralın 23-də saat 11:00-da Göyçay şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlarla görüş keçirəcək.
Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
Sıra№-si Şəhər (rayon) əlaqələndiricişəxs əlaqətelefonu 1. Göyçay rayonu Sahib Şükürov (020) 274-35-29(050) 226-00-37 2. Ağdaş rayonu Tahir Əliyev (020) 235-51-91(051) 411-75-11 3. Ucar rayonu Alı Babayev (020) 213-01-27(050) 234-04-65 4. Zərdab rayonu Urfan Əhmədov (020) 296-60-61(050) 375-83-03

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/ebulfes-qarayev-goycayda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR