ABŞ kəşfiyyatının QARABAĞ PROQNOZU, özünü doğruldan QORXUNC SSENARİ… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Paylaş
222 baxış·16 dəq oxu
Düşmən tərəfinin növbəti təxribatı uğursuzluqla
nəticələnib. ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Kouts Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı proqnozla çıxış edib. ABŞ-ın dövlət
katibi Reks Tillerson Türkiyəyə səfər edib. Türkiyə ordusu və Azad
Suriya Ordusunun (ASO) Afrində həyata keçirdiyi “Zeytun budağı”
əməliyyatı uğurla davam etdirilir. YPG-nin Dəməşqlə məxfi
razılaşma əldə etdiyi iddia olunub. Mixail Saakaşvili Polşaya
deportasiya edilib. Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan
açıq məktubu dərc edib. NATO ölkələrinin müdafiə nazirləri alyansın
Avropa sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar
qəbul ediblər.
Azərbaycan, Dağlıq Qarabağ
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət
sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata
keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.
Fevralın 11-də səhər saatlarında hava şəraitinin dumanlı olmasından
istifadə edərək düşmən Ordumuzun ön xətt mövqeləri istiqamətində
hərəkətə cəhd göstərib.
Sərhəddə növbəti TƏXRİBAT: Ermənilər öz avtomobillərini yandıraraq geri çəkildilər - FOTO/VİDEO
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarixi
İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya etiraz
edib.
Azərbaycan XİN Zaxarovaya etiraz etdi
Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov
Ermənistanın “arminfo” agentliyinə müsahibə verib.
Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla
bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident
seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol
xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.
Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI
Dağlıq Qarabağ ətrafında Ermənistan və Azərbaycan
arasındakı gərginlik irihəcimli hərbi münaqişəyə keçə
bilər. Bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru
Daniel Koutsun “Ümumdünya təhlükələrin qiymətləndirilməsi”
məruzəsində deyilir.
D.Kouts bu il Dağlıq Qarabağda böyük müharibənin başlaya
biləcəyini istisna etmir.
ABŞ-ın kəşfiyyat şefindən ŞOK QARABAĞ PROQNOZU: bu il Azərbaycan...
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın xüsusi
xidmət orqanlarının Dünya üzrə təhdidlərin qiymətləndirilməsi
hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar əks
olunmuş məsələlərə münasibət bildirib.
XİN-dən ABŞ-ın xüsusi xidmət orqanlarının HESABATINA CAVAB
Ermənistan
“ABŞ-ın Moskvaya qarşı sanksiyaları Azərbaycan və
Ermənistanın Rusiyadan silah almasını azalda bilər”.
Bu barədə rusiyalı hərbi ekspert Pavel Felgenhauer Ermənistan
mediasına açıqlamasında deyib.
Vaşinqtondan Kremlə qarşı YENİ QARABAĞ PLANI
ABŞ Ermənistana Rusiyadan silah almamaq haqda
xəbərdarlıq edib. Bu barədə “Aykakan Jamanak”
qəzetinə ABŞ-ın İrəvandakı səfirliyindən məlumat verilib.
Məlumata görə, Vaşinqton İrəvana bu məsələ ilə bağlı xəbərdarlıq
məktubu ünvanlayıb.
ABŞ-dan Ermənistana rus silahları ilə bağlı SƏRT XƏBƏRDARLIQ: Qarabağda...
“Ermənistan PYD/YPG-yə Türkiyə ilə müharibədə dəstək
verməlidir”. Bu barədə Rusiyanın erməni əsilli hərbi
eksperti Semyon Baqdasarov deyib.
Moskva-İrəvan canlı konfransında çıxış edən Baqdasarov
Türkiyənin “tarixi düşmənimiz” olduğunu bildirib.
“Oturmamalı, ortaq tarixi düşmənimiz Türkiyəyə qarşı güclərimizi
səfərbər etməliyik. Türkiyənin cənub-şərqi Ermənistanla sərhəddir.
Unutmamalıyıq ki, bura Qərbi Ermənistan torpağıdır”, - deyə o iddia
edib.
Baqdasarov Ermənistanın PKK/PYD-yə Türkiyə ilə mübarizədə dəstək
verməsini vacibliyini vurğulayaraq, əlavə edib ki, “PKK və PYD/YPG
liderləri ilə Qarabağda hərbi ittifaq qurmalıyıq”.
Türkiyə, İran, Yaxın Şərq
“Hesab etməyin ki, Kipr sahillərində təbii qaz
axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər
diqqətimizdən yayınır. Kipr və Egeydə həddini
keçənlərə buradan xəbərdarlıq edirik”. Bunu Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup
toplantısında bildirib.
Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Onların bu ssenarilərini pozacağıq” - VİDEO
Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı"
əməliyyatını həyata keçirərkən Suriya rejimi PKK\PYD terrorçularına
yardım edir. "Röyters" agentliyinin araşdırmasında
Bəşər Əsəd rejiminin terrorçuların Afrinə silah və yaraqlı
daşımasına şərait yaratması ilə yanaşı, terror kortejinin türk
ordusuna qarşı göndərilməsi üçün Tel-Rıfat dəhlizini açıq saxladığı
qeyd olunub. PKK-nın Tel-Abyad və Qamışlıdan gətirdiyi kortejlər
rejimin nəzarətində olan Nubbul və Zəhra xəttindən keçərək Afrinə
gəlir. Burada isə Türkiyə ordusuna qarşı döyüşlərə göndərilir.
“Suriyanın Afrin bölgəsinə keçən son qrup
tanıdığımız PKK terror qrupu deyil”. Bu iddia ilə
təhlükəsizlik üzrə mütəxəssis Mete Yarar çıxış edib.
Onun sözlərinə görə, Afrində Türkiyə ordusu və Azad Suriya
Ordusu (ASO) ilə vuruşmağa gedən son qrup yüksək təlim alan peşəkar
əsgərlərdən ibarətdir.
Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını
dəyərləndirən ekspertlər ABŞ və Türkiyənin savaş meydanında gec-tez
üz-üzə gələcəyini bildirirlər.
Amerika əsgərləri “Mehmetcik"lə müharibəyə yollandı – Qorxunc proqnoz ÖZÜNÜ DOĞRULDUR
YPG Əsəd rejimi ilə məxfi razılaşma əldə
edib. Bu barədə informasiyanı Livanın “Əl Mayadin”
televiziyası yayıb. İddiaya görə, YPG/PKK qruplaşması Afrindəki
mövqelərini Əsədə verməyə razılaşıb.
Əsəd qüvvələrinin Afrinə yaxın zamanlarda gələcəyi olacağı
deyilib.
Qeyd edək ki, Türkiyə yanvarın 20-dən etibarən Afrində YPG-yə
qarşı “Zeytun budağı” əməliyyatları aparır. Əməliyyatdan öncə
Rusiyanın YPG-yə Türkiyənin zərbəsindən qaçmaq üçün əlində
saxladığı əraziləri, o cümlədən Afrin bölgəsini Əsəd qüvvələrinə
verməyi və geri çəkilməyi təklif etdiyi, YPG-nin isə bu təklifi
qəbul etmədiyi bildirilmişdi.
Suriya ordusu Türkiyənin "Zeytun budağı" əməliyyatı
keçirdiyi Afrinə daxil oldu. Bu iddia ilə “Al
Mayadeen” televiziyası çıxış edib.
Telekanalın bölgədəki müxbiri Suriya ordusunun PYD/YPG terror
təşkilatına Türkiyəyə qarşı müharibədə dəstək vermək üçün Afrinə
girdiyi xəbərini verib.
Qeyd edək ki, Rusiyanın rəsmi “RİA Novosti” agentliyi də Suriya
ordusunun yaxın günlərdə Afrinə girəcəyi xəbərini yaymışdı.
“Afrin bölgəsinin Türkiyə sərhədinə qədər olan ərazisi Şam
qüvvələrinin nəzarətinə veriləcək. Suriya ordusunun Afrini nəzarətə
götürməsi proesesi yaxın günlərdə başlanacaq”, - deyə xəbərdə
deyilirdi.
Təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert
Abdullah Ağar Afrində türk əsgərinə qarşı döyüşən terrorçuların
bəzilərinin İran PKK-sı olan PJAK üzvü olduğu haqda məlumat
yayıb. Ağar Türkiyə ordusunun Afrində məhv etdiyi
terrorçuların içindəki PJAK üzvlərinin fotolarını yayıb.
"Ya Hüseyn" deyib Türkiyəyə qarşı döyüşənlərin kimliyi ŞOK ETDİ: Afrində BÖYÜK TƏLƏ - FOTOFAKT
MOSSAD-ın agenti olduğu deyilən yəhudi əsilli
fransız filosof Bernard Henri Levi ABŞ-ın “The Wall Street”
jurnalında dərc olunan məqaləsində NATO-nu Türkiyəyə müdaxilə
etməyə çağırıb. Levi Türkiyənin Afrin əməliyyatının
qarşısını alınması üçün Qərbin hərəkətə keçməli olduğunu qeyd
edib.
“Türkiyənin qarşısı alınmalıdır. Ağlınızı başınıza alın, Türkiyə
ilə müzakirələrin dondurulması bəs etmir, münasibətlər tamamilə
kəsilməlidir”, - deyə o, Avropa İttifaqına çağırış edib.
MOSSAD casusundan Türkiyə ilə bağlı XAİN PLAN: NATO hücum etməli və...
“Türkiyənin bütün israrlarına baxmayaraq, ABŞ-ın
İŞİD-ə qarşı PYD/YPG ilə birlikdə mübarizə aparmasının
səbəblərindən biri də Fərat çayının şərqindəki ərəb bölgələrində
PYD/YPG ilə öz təsirini təmin etmək və Fəratın şərqi ilə bağlı
razılaşmanın olmadığı müddətdə qərbdə rejim, Rusiya və İrana kasıb
bir Suriya buraxaraq Pirr zəfəri qazandırmaq istəyidir. Beləliklə,
İsraili təhdid edən İranın da əl-qolunu bağlana
bilər”. Bunu Türkiyənin Mərmərə Universitetinin
siyasi elmlər fakültəsinin doktoru Çingiz Tomar “Anadolu”
agentliyinə müsahibəsində deyib.
Yaxın Şərqdə baş verən qarşıdurmaları “kiçik dünya müharibəsi”
adlandıran Ç.Tomar ABŞ-ın dövlət katibi və səlahiyyətlilərinin
Ankaraya səfərlərini şərh edib.
II Dünya müharibəsi də belə BAŞLAMIŞDI - Pirus qələbəsi və ABŞ-ın 4 dövlətə qarşı QORXUNC PLANI
ABŞ Aralıq dənizinə açılacaq “terror dəhlizi”
planında “Fərat Qalxanı” hərəkatı sonrası dəyişiklik
edib. Bunu Afrin sərhəd xəttində xidmət göstərən
yüksək vəzifəli hərbçi söyləyib.
Onun sözlərinə görə, “terror dəhlizi” Lazkiyədən deyil,
İskəndərundan keçməli idi.
“Zeytun budağı” əməliyyatının ƏSL SƏBƏBİ: Türkiyənin işğalı və... - Xəyanət PLANININ ŞOK DETALLARI
Fevralın 15-də ABŞ-ın dövlət katibi Reks Tillerson
Ankaraya səfər edib. O, həmin gün Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezident Tillersonla
danışıqlarında Birləşmiş Ştatlar rəsmisinə rəsmi Ankaranın
Amerikadan Suriya və İraqla bağlı gözləntilərini çatdırıb.
Fevralın 16-da Ankarada Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Reks Tillerson
arasında görüş keçirilib. Çavuşoğlu görüşdən sonra
keçirilən mətbuat konfransında ABŞ ilə əlaqələrin düzəldilməsi üçün
razılaşma əldə etdiklərini söyləyib.
ABŞ və Türkiyə RAZILAŞDI - Çavuşoğlu və Tillerson DETALLARI AÇIQLADI (YENİLƏNİR)
Mövlud Çavuşoğlu Reks Tillersonun səfərindən əvvəl
ya əlaqələrin düzələcəyini, ya da tamamilə pozulacağını
bildirmişdi.
Çavuşoğlu ABŞ-ı TƏHDİD ETDİ: "Ya bunu edəcəksiniz, ya da..."
Müdafiə naziri Nurəddin Canikli və ABŞ-ın Müdafiə
naziri Ceyms Mettis Brüsseldə görüşüb. Nazirlərin
görüşü zamanı Suriya ərazisində həyata keçirilən “Zeytun budağı”
anti-terror əməliyyatı, ABŞ-ın Türkiyəyə qarşı olan terror
təşkilatlarına yardım etməsi səbəbindən iki ölkə arasında yaranmış
gərginliyə dair məsələlər və s. ətrafında müzakirələr aparılıb.
Türkiyənin müdafiə naziri Ceyms Mettislə görüşdən
sonra amerikalı həmkarının skandal təklifi barədə
danışıb. Türkiyəli nazirin sözlərinə görə, Pentaqon
rəhbəri YPG-ni PKK terror təşkilatına qarşı döyüşdürə biləcəklərini
deyib.
ABŞ-dan Türkiyəyə skandal TƏKLİF – Müdafiə naziri AÇIQLADI
ABŞ kürd müttəfiqləri ilə birlikdə praktik olaraq
Suriya ordusuyla açıq qarşıdurmaya daxil olur. Bu
haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova bildirib.
“Faktiki Et-Tanf ərazisində 55 kilometrlik zona Amerika
hərbçiləri tərəfindən işğal olunub”, - o deyib.
Zaxarov qeyd edib ki, amerikalılar Türkiyəni təhrik edərək İraq
ərazisi vasitəsilə kürd silahlılarına yeni silah konvoyları
göndərir.
Rusiya ilə Türkiyə arasında 2020-ci ildə ikinci
S-400 razılaşması imzalanacaq. Bununla bağlı Rusiya Müdafiə
Nazirliyindən olan mənbə məlumat verib.
O bildirib ki, razılaşma ilə bağlı Ankara və Moskva arasında
danışıqlar gedir:
“İkinci S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil
verilməsinin 2021-ci ildə başa çatması gözlənilir. Bundan başqa,
ikinci müqavilədə türk şirkətlərinə S-400 raketlərinin bəzi
hissələrinin istehsalına icazə lisenziyasının verilməsi də nəzərdə
tutulub”.
Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla
qarşılaşa bilər. Bu haqda ABŞ Dövlət Departamentinin
nümayəndəsi Hizer Nauert bildirib.
ABŞ: Türkiyənin "S-400" kompleksləri alması sanksiyalarla qarşılaşa bilər
Türkiyənin Baş nazirinin müavini və hökumət sözçüsü
Bəkir Bozdağ ABŞ səlahiyyətlilərinin İŞİD-lə müarizə mövzusundakı
sözlərinin arxasındakı dəhşətli planı açıqlayıb.
Bozdağın sözlərinə görə, İŞİD terror təşkilatı bölgənin siyasi
hədəflərin həyata keçirilməsi üçün bir alətdir.
Hökumət sözçüsü qeyd edib ki, İŞİD bəhanəsiylə yeni bir oyun
qurulur.
İŞİD dirçəlir, Türkiyəyə hücumlar başlanır – ABŞ-ın çirkin planının PƏRDƏARXASI
Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə
bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında
müharibənin başladığını deyib. D.Perinçek qələmə
aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin
içindəki gediş-gəlişlərdir”, deyə yazıb.
Türkiyə-ABŞ müharibəsi BAŞLADI - “Dərin dövlət” HƏR ŞEYİ ÜZƏ ÇIXARTDI
“ABŞ-ın Böyük Yaxın Şərq xəritəsində dəfn
ediləcəyini bilirdik. ABŞ Silahlı Qüvvələri, Türkiyə başda olmaqla,
Yaxın Şərq ölkələrini bölmə xəritəsini dərc etmişdi. ABŞ xəritə
deyil, özü üçün bir məzar qazıb. Xəritəni qaldırsanız, orada bir
məzar görərsiniz”. Bunu Türkiyənin “Aydınlıq”
qəzetində Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə
bağlı olduğu deyilən Doğu Perinçek yazıb.
D.Perikcek 29 iyul 2006-cı il tarixində Ankaranın Sakarya
kücəsində keçirdiyi mətbuat konfransı və ABŞ-ın səfirliyi
qarşısında söylənilən fikirləri xatırladıb:
Türkiyənin “dərin dövləti” ABŞ-ın Azərbaycanla bağlı DƏHŞƏTLİ PLANINI AÇDI: Ermənistan...
Amerika qoşunları Suriyanın Deyr-ez-Zor əyalətinin
Xaşşam yaşayış məntəqəsində aviazərbələr zamanı Rusiya tərəfini
xəbərdar etmişdi. Bu haqda ABŞ Müdafiə Nazirliyinin
(Pentaqon) başçısı Ceyms Mettis bildirib.
“Rusiyalılar bizə dedilər ki, orada lap əvvəldən Rusiya gücləri
olmayıb. Düşünürəm ki, elədir. Amma bizdə tam aydınlıq yoxdur ki,
orada rejim gücləri nə edirdi? Ən azından, indi orada sakitlikdir”,
- amerikalı nazir deyib.
Qarabağa köçürülməsi planlaşdırılan Rusiyanın “məxfi ordusu”na ABŞ-dan BÖYÜK ZƏRBƏ - 215 döyüşçü ÖLDÜRÜLDÜ
PYD-nin Suriyadakı sülh prosesində yer almasının
tərəfdarıyıq. Bu sözləri Rusiya Xarici İşlər naziri
Sergey Lavrov deyib.
Qeyd edək ki, Rusiya daha əvvəl Soçi zirvəsinə PYD/YPG-nin də
qatılacağını açıqlamış, bu isə Moskva-Ankara arasında gərginliyə
səbəb olmuşdu. Türkiyənin qəti mövqeyi sayəsində PYD tərəfi ötən ay
baş tutan zirvəyə qatıla bilməmişdi.
Suriyanın cənubunda son günlər baş verənlər İsrailin
də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu
göstərir. Bu isə regionda vəziyyəti daha da
gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı
hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər. İsrailin
“Yerusalem Post” qəzetində dərc olunan məqalədə İsrail və İran
arasında açıq bir döyüşün başlandığı deyilir.
“Bunlar giriş səhnələri idi, böyük müharibəyə hazır olun!” – Açıq-açıq ELAN ETDİLƏR
İsrail Hərbi Hava Qüvvələri şənbə günü Suriya hava
hücumundan müdafiə sistemlərinin yarısını sıradan çıxardığını
düşünür. Bu barədə informasiyanı “RİA Novosti”
agentliyi İsrail ordusundakı mənbəsinə istinadən yayıb.
“Bizim ilkin məlumatımıza görə, Suriyanın hava hücumundan
müdafiəsinin 50 faizi məhv edilib. Biz bu rəqəmləri bir daha
yoxlayacağıq”, – deyə mənbə bildirib.
Qeyd edək ki, şənbə günü bir hərbi təyyarəsinin vurulmasına
cavab olaraq İsrail Suriyanın Palmira, Dəməşq şəhərindəki hərbi
obyektlərini, eləcə də İrana məxsus hərbi bölmələri bombardman
etmişdi.
Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika
erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə
verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya
başlayıblar. Yunan və erməni lobbisi ABŞ senatorları
ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və
İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə gəldiyini
vurğulayıblar.
Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün
Türkiyənin F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat
“sızdıra biləcəyi” iddiasını da ortaya atıblar.
Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə
F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər
müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.
İran Yaxın Şərqdə ən böyük ballistik raket
arsenalına malikdir. Bu barədə Konqresin Senatında
dinləmələr zamanı ABŞ Milli Kəşfiyyatın rəhbəri Deniel Kouts
bildirib.
ABŞ kəşfiyyatı: İran bölgədə ən böyük ballistik raket arsenalına malikdir
ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Koutsun ABŞ
Konqresinə təqdim etdiyi “Ümumdünya təhlükələrin
qiymətləndirilməsi” məruzəsində Türkiyənin çoxdan gözlədiyi bir
etiraf yer alıb. Məruzədə YPG-nin PKK terror
təşkilatının Suriya qolu olduğu və muxtar bölgə axtarışında olduğu
qeyd edilib.
Türkiyə bunu gözləyirdi - ABŞ kəşfiyyatından ŞOK ETİRAF
İsrail Avropa ölkələri vasitəsilə İrana Livan və
Suriyadakı fəaliyyətinə dair ciddi xəbərdarlıqlar
edib. Bu haqda İsrail “Kanal 10” telekanalı israilli
və avropalı diplomatik mənbələrə istinadən bildirib.
Xəbərə görə, xəbərdarlıq mesajları Almaniya, İngiltərə və Fransa
vasitəsilə İran prezidenti Həsən Ruhani ilə onun müşavirinə
çatdırılıb. Xəbərdarlıqlarda Livanda raket və silah fabriki,
Suriyada isə hərbi bazanın qurulması ilə əlaqədar ciddi xəbərdarlıq
olunub.
Həsən Ruhaniyə mesaj çatdırıldı - Böyük müharibənin AYAQ SƏSLƏRİ
ABŞ-ın dövlət katibi Reks Tillerson Qüdsün statusuna
dair son qərarı fələstinlilərlə israillilərin verəcəyini
bildirib. Qahirədə Misirin Xarici İşlər naziri Sameh
Şükri ilə görüşən Tillerson Amerikanın Yaxın Şərqdə sülh prosesinə
sadiq qaldığını deyib.
“Biz Yaxın Şərqdəki sülh prosesinə sadiq qalırıq. Qüdslə bağlı
son qərarı isə fələstinlilərlə israillilər verəcək”, - o
bildirib.
Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi
birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun
üçün neytral meydança ola bilər. Bu barədə Fələstin XİN rəhbəri
Riyad əl Maliki bildirib.
“Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, -
deyə diplomat bildirib.
Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində
düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb. Bundan əvvəl
Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil
Şaas bildirib ki, Fələstin xarici tərəfdarlarla İsraillə
münaqişənin nizamlanmasının yeni çoxtərəfli formatın yaradılması
üzərində çalışır.
ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər
Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç
bir işə yaramadığını etiraf edib. Ağ Evdə 2019-cu il
büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir,
amma vəziyyət budur” ifadəsini işlədib:
“Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7
trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır,
amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis
vəziyyətdədir. Çox kədərlidir”.
Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir
səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə
etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə
gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı
səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha
çox hərbi güc göndərməkdə qınanır.
ABŞ və Rusiyadan sonra Çin də Suriyada daha aktiv
şəkildə rol oynamaq istədiyini açıqlayıb. Çinin
Şamdakı səfiri Qi Qianjin ölkəsinin Suriya münaqişənin həllində
böyük rol oynayacağını bildirib.
Daha bir supergüc Suriyaya girir - Yaxın Şərq yenidən ALOVLANIR
Əfqanıstanın Taliban hərəkatı ABŞ-a ünvanlanan açıq
məktubu dərc edib. Hərəkat koalisiya qoşunlarının
Əfqanıstandan çıxarılması və trilyonlarla dollara başa gələn
çoxillik münaqişəyə son qoymaq üçün “Amerika xalqı”nı və “sülhsevər
Konqres üzvləri”ni Donald Tramp administrasiyasını sülh
danışıqlarına getməyə inandırmağa çağırıb.
“Taliban”dan ABŞ-a TARİXİ MƏKTUB
Qərb, Rusiya, Çin, Qərb-Rusiya
münasibətləri
ABŞ-ın hərbi-dəniz donanmasına Rusiya və Çin sualtı
qayıqlarına qarşı mübarizədə ideal silah sayılan “Sea Hunter”
(Dəniz ovçusu) pilotsuz gəmiləri verilir. ABŞ
mediasının məlumatına görə, “Sea Hunter” dünyada ən böyük pilotsuz
gəmi ünvanına sahibdir. Gəminin bu il ərzində silahlanmaya qəbul
edilməsi gözlənilir.
Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin
Senatına qətnamə təqdim edib. Qanunvericilər
qətnamədə prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar
tətbiq etməyə çağırıblar.
Ben Kardin (Merilend ştatı), Şerrod Braun (Ohayo) və Robert
Menendes (Nyu-Cersi) sənədin müəllifləridir.
Qeyd edək ki, yanvarın sonunda ABŞ-ın Maliyyə Nazirliyi “Kreml
məruzəsini” açıqlayıb. Sənədə 210 nəfərin adı daxil edilib.
Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları,
96-sı dövlət şirkətlərinin rəhbərləridir.
Siyahı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutmasa da,
gələcəkdə həmin şəxslərə qarşı sanksiyaların tətbiqi istisna
edilmir.
Çin Amerikanın maarifləndirici və elmi
müəssisələrində yerləşdirilən “alim agentləri”n köməyi ilə ABŞ-ı
dünya dövləti statusundan məhrum etməyə fəal şəkildə
çalışır. Bu haqda ABŞ Konqresinin Senatında çıxışı
zamanı Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey
bildirib.
Reyin sözlərinə görə, Çin agentləri lazımi məlumatları əldə
etmək üçün elmi cəmiyyətin açıq olmasından və “sadəlövhlüyündən”
istifadə edirlər.
Çindən AĞLAGƏLMƏZ PLAN: ABŞ bu üsulla sıradan çıxarılacaq
NATO ölkələrinin müdafiə nazirləri alyansın Avropa
sərhədlərində “hərbi Şengen” zonası yaratmaq barədə qərar qəbul
ediblər. Bu barədə "RİA Novosti" Brüsseldəki
hərbi-diplomatik mənbəyə istinadən xəbər yayıb.
Bildirilir ki, müdafiə nazirləri bu qərarı Brüsseldə keçirilən
toplantıda razılaşdırıblar. Onlar Avropada hərbi qüvvələrin
daşınmasının təmin edilməsi ilə bağlı yeni komanda qərargahı
yaratmaq barədə razılığa gəliblər.
Bu ideya ilk olaraq ABŞ-ın Avropada quru qoşunlarının keçmiş
komandanı Ben Hodjes tərəfindən təklif olunub. O bəyan edib ki,
ittifaqın qoşunları və hərbi texnikası Avropada miqrantlar qədər
sürətlə hərəkət edə bilməlidir.
Ukrayna
“Donbasın reinteqrasiyası haqqında qanun qəti qəbul
edilərsə, bu, Minsk razılaşmalarının dağıdılması üzrə Ukraynanın
böyük səhvi olacaq”. Bunu Rusiyanın xarici işlər
naziri Sergey Lavrov “Rossiya-1” telekanalına bildirib.
“Doğrusu, Kiyev hakimiyyəti bu səhvin bir addımlığındadır.
Reinteqrasiya haqqında qanun hələ ikinci oxunuşdan keçib. Baxaq”, -
Rusiya naziri deyib.
Xatırladaq ki, ötən ay Ali Radanın 280 üzvü tərəfindən
dəstəklənən “Donetsk və Luqansk vilayətlərində müvəqqəti işğal
edilmiş ərazilərdə Ukraynanın dövlət müstəqilliyinin təmin olunması
üzrə dövlət siyasətinin xüsusiyyətləri Haqqında” qanunda Ukrayna
ərazisinin bir hissəsinin Rusiya tərəfindən işğal edildiyi
göstərilib.
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevdə
restoranlardan birində hüquq-mühafizə orqanları tərəfindən
saxlanılıb. Bu haqda onun silahdaşı David
Sakvarelidze bildirib.
Saakaşvili Ukrayna ərazisindən çıxarıldı (YENİLƏNDİ) - FOTO/VİDEO
Moskvada nüvə silahının mövcudluğuna görə Kiyev
Rusiyaya müharibə elan edə bilmir. Bu haqda
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi
Aleksandr Turçinov Kiyevdə Ukraynanın sabiq prezidenti Viktor
Yanukoviçin məhkəmə prosesi üzrə prosesdə çıxışında deyib.
“Rusiya kimi nüvə dövlətinə qarşı durmaq üçün vasitələrimiz
yoxdur. Biz təcavüzkara müharibə elan edə bilmirik, çünki Rusiya
nüvə dövlətidir”, - o deyib.
“Rusiya ilə müharibə mümkün deyildi” – Kiyevdən Krımın ilhaqı barədə ŞOK ETİRAF
Ukrayna Xarici İşlər naziri Pavel Klimkinlə Rusiya
Xarici İşlər naziri Sergey Lavrov arasında görüş
olacaq. Bu barədə informasiyanı Ukrayna Xarici İşlər
Nazirliyi yayıb. Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində
baş tutacaq.
Tərəflər arasında əsas müzakirə mövzusunun Donbasa
sülhməramlıların yerləşdirilməsi olacağı vurğulanıb.