İranda qəzaya uğrayan təyyarə ilə bağlı son məlumat yayılıb.
Metbuat.az xəbər verir ki, məlumata görə içərisində 60 sərnişin və 6 heyət üzvünün olduğu təyyarə İsfahandakı dağ qəsəbəsi Semirom yaxınlığında yerə düşüb.
Bildirilir ki, hadisə zamanı sağ qalan olmayıb. Bu barədə Aseman Hava Yolları açıqlama yayıb.
Qeyd edək ki, İranın Aseman Hava Yolları şirkətinə məxsus ATR-72 modeli təyyarənin, Tehrandan Yasuca gedərkən radarlardan itdiyi qəzaya düşdüyü açıqlanmışdı.
Sərdar Məmmədov / Metbuat.az
2030-cu ildən gəldiyini söyləyən Noah testdən keçdi və... - Yalan demədiyi ortaya çıxdı / VİDEO + FOTOLAR - Oxumaq üçün tıkla