Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb

Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb
01:47 20 Fevral 2018
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 20 fevral. REPORT.AZ/ Mozambikin paytaxtı Maputu şəhərində məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə Portuqaliyanın "Lusa" informasiya agentliyi məlumat yayıb.
Ölkənin fövqəladə hallar naziri Fatimə Belşuirin sözlərinə görə, zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.
Yerli hökumət nümayəndələri güman edirlər ki, zibil dağıntıları altında insanlar qala və axtarış işləri başa çatdıqdan sonra faciə qurbanlarının sayı arta bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mozambikde-17-nefer-zibil-topasi-altinda-qalaraq-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR