İsmayıllıda evdə yanğın:

İsmayıllı rayonunda iki azyaşlı evdə yanıb.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, fevralın 19-da saat 2 radələrində İsmayıllı rayonunun Buynuz kəndində rayon sakini Ruslan Bəbirova məxsus evdə odun sobasına nəzarətsizlikdən yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanıq xəsarətləri almış R.Bəbirovun azyaşlı uşaqları - Ömər və Zeynəb xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Hərəkətsiz maşına anidən yaxınlaşdı və... - Hər kəs bu şəxsdən danışır / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR