Xəstəxanadaxili infeksiyalar səhiyyənin aktual problemidir

Xəstəxanadaxili infeksiyalar səhiyyənin aktual problemidir
13:53 20 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir.

Bu məqsədlə ölkəmizdə Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının “AZDAS-2018” Konfransı, həmçinin Milli Onkologiya Mərkəzində həmin mühazirəçilərin çıxışları ilə “Xəstəxanadaxili İnfeksiyalara Nəzarətin Müasir Üsullara və Dəyişən Tibbi Müdaxilələrə Uyğun Qayda və Normativlərlə Tənzimlənməsi” adlı seminarın keçirilməsi planlaşdırılır.

Səhiyyə Nazirliyinin xəstəxanadaxili infeksiyaların necə yayılması ilə bağlı hazırladığı videoçarxı təqdim edirik.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/231844.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR