“Strandja” turnirində 2 boksçumuz - mübarizəni dayandırıb

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir.

Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

Boksçularımızdan Ümid Rüstəmov (56 kq) amerikalı Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR