Azərbaycan və Ermənistan xarici işlər nazirləri prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar. Ankara Bəşər Əsəd rejimi ilə YPG arasında iddia edildiyi kimi bir razılaşmanın olmadığını bəyan edib. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Ankaranın Dəməşqlə görüşməsi iddialarını qiymətləndirib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik yeni bir mərhələyə keçib. Moskva “Müller siyahısı”na qarşı cavab addımları atacaq. Avropa İtttifaqı Rusiya və Ukrayna vətəndaşları barəsində sanksiyaların müddətini uzadacaq.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Krakov görüşünə dair yaydığı bəyanatda vurğulanır ki, nazirlər prinsipcə ATƏT-in şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinə dair həmsədrlərin tamamlanmış konseptual sənədləri ilə razıdırlar. Bunu “Novosti Armeniya”ya müsahibəsində ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik deyib. Onun sözlərinə görə, tərəflər tez bir zamanda sənəd üzərində işlərin yekunlaşdırılmasına dair arzularını ifadə ediblər.

Ermənilərin “aprel müharibəsi” ETİRAFI, növbəti zərbəyə HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Kaspişik: "Məmmədyarov və Nalbandyan bu sənədlə razıdır”