Bu gün Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşəcək

Bu gün Avropa Liqasının bütün 1/8 finalçıları müəyyənləşəcək
06:57 22 Fevral 2018
125 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gecə futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 cavab görüşü keçiriləcək.
"Report"un məlumatına görə, ilk oyun Rusiyanın paytaxtı Moskvada olacaq.
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin hazırda rəhbərlik etdiyi "Lokomotiv" komandası Fransa "Nitsa"sını qəbul edəcək. İlk matç "dəmiryolçular"ın qələbəsi ilə yekunlaşdığından, bu gün meydan sahiblərinə heç-heçə, hətta 0:1 və ya 1:2 hesablı məğlubiyyət də sərfəlidir.
Daha əvvəl Rusiyanın daha bir təmsilçisi MOİK Serbiya "Srvena Zvezda"sını üstələyərək, 1/8 finala çıxıb.
Avropa Liqası, 1/8 final, cavab oyunları 
23 fevral
00:05. "Braqa" (Portuqaliya) - "Marsel" (Fransa)
İlk oyun - 0:3
00:05. "Arsenal" (İngiltərə) - "Ostersun" (İsveç)
İlk oyun - 3:0
00:05. "Milan" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 3:0
00:05. "Zalsburq" (Avstriya) - "Real Sosyedad" (İspaniya)
İlk oyun - 2:2
00:05. "Atletik" (Bilbao, İspaniya) - "Spartak" (Moskva, Rusiya)
İlk oyun - 3:1
00:05. "Atalanta" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 2:3
22 fevral
20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Nitsa" (Fransa)
İlk oyun - 3:2
22:00. "Sportinq" (Portuqaliya) - "Astana" (Qazaxıstan)
İlk oyun - 3:1
22:00. "Latsio" (İtaliya) - "Styaua" (Rumıniya)
İlk oyun - 0:1
22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Partizan" (Serbiya)
İlk oyun - 1:1
22:00. "Vilyarreal" (İspaniya) - "Lion" (Fransa)
İlk oyun - 1:3
22:00. "Leyptsiq" (Almaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 3:1
22:00. "Zenit" (Rusiya) - "Seltik" (Şotlandiya)
İlk oyun - 0:1
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - AEK (Yunanıstan)
İlk oyun - 1:1
22:00. "Atletiko" (Madrid, İspaniya) - "Kopenhagen" (Danimarka)
İlk oyun - 4:1
21 fevral
MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) - 1:0
İlk oyun - 0:0

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-gun-avropa-liqasinin-butun-1-8-finalcilari-mueyyenlesecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR