Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, artıq 1/8 finala yüksələn ilk komanda bəllidir.
Belə ki, doğma meydanda "Srvena Zvezda"ya 1:0 hesabı ilə qalib gələn Moskva MOİK-i adını növbəti mərhələyə yazdırıb.
Bu gün isə daha 15 cütlükdə qaliblərin adına aydınlıq gələcək.
Səfərdən 3:2 hesablı qələbə ilə dönən "Lokomotiv" "Nitsa"nı qəbul edəcək.
Çempionlar Liqasında bu mövsüm müxtəlif vaxtlarda "Qarabağ"la oynamış komandaların duelində isə "Atletiko" 4:1-in revanşında "Kopenhagen"i sınağa çəkəcək.
"Leypziq" - "Napoli", "Vilyareal" - "Lion" və "Zenit" - "Seltik" görüşləri də maraqla gözlənilir.
Almaniyada "Borussiya"ya 2:3 hesabı ilə uduzan "Atalanta" doğma azarkeşləri önündə qələbə axtarışında olacaq.
Avropa Liqası
1/16 final (cavab oyunları)
22 fevral
20:00. "Lokomotiv" - "Nitsa"
İlk oyun: 3:2
22:00. "Atletiko" - "Kopenhagen"
İlk oyun: 4:1
22:00. "Dinamo" (Kiyev) - AEK
İlk oyun: 1:1
22:00. "Latsio" - "Styaua"
İlk oyun: 0:1
22:00. "Viktoriya" - "Partizan"
İlk oyun: 1:1
22:00. "Leypziq" - "Napoli"
İlk oyun: 3:1
22:00. "Sportinq" - "Astana"
İlk oyun: 3:1
22:00. "Vilyareal" - "Lion"
İlk oyun: 1:3
22:00. "Zenit" - "Seltik"
İlk oyun: 0:1
23 fevral
00:05. "Milan" - "Ludoqorets"
İlk oyun: 3:0
00:05. "Arsenal" - "Ostersunds"
İlk oyun: 3:0
00:05. "Atalanta" - "Borussiya D."
İlk oyun: 2:3
00:05. "Atletik" - "Spartak"
İlk oyun: 3:1
00:05. "Braqa" - "Marsel"
İlk oyun: 0:3
00:05. "Salzburq" - "Real Sosyedad"
İlk oyun: 2:2
Milli.Az