Mərkəzi Klinika: İsa Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlə bağlı deyil

Mərkəzi Klinika: İsa Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlə bağlı deyil
11:57 24 Fevral 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinikaya yerləşdirilən Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir.

Milli.Az xəbər verir ki, xəstəxanadan report-a verilən məlumata görə, İ.Qəmbərin bu dəfə həkimə müraciət etməsi ürəyində yaranan problemlərlə bağlı deyil.

Bildirilib ki, o, ümumi stasionar şöbəyə yerləşdirilib və orada müalicə alır: "Nevropatoloqlar, terapevtlər İsa Qəmbərin səhhətinə nəzarət edir. Ürəklə bağlı vaxtaşırı müayinələrdən keçir və kardioloji problemi yoxdur".

Qeyd edək ki, yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb və Mərkəzi Klinikaya yerləşdirilib. Müayinələr nəticəsində İ.Qəmbərin infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/628270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR