Ərdoğandan ABŞ-a SƏRT CAVAB - "Siz on min kilometr uzaqdan buraya niyə gəlirsiniz?"

Ərdoğandan ABŞ-a SƏRT CAVAB - "Siz on min kilometr uzaqdan buraya niyə gəlirsiniz?"
17:03 24 Fevral 2018
274 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrindəki “Zeytun budağı” hərəkatı zamanı dinc sakinlərin öldürülməsi iddialarına ikinci dəfə münasibət bildirib.

Publika.az xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda keçirdiyi iclasda "mehtmetçik"lərin əcdadlarının yolu getdiyini deyib:

“Keçmişdəki o əcdadımızın varisləri olaraq indi də bizim mehmetçiklərimiz eyni yolla gedir. Bir tərəfdən SİHA-larımızla, bir tərəfdən F-16-larımızla, helikopetrlərimizlə, tanklarımızla, toplarımızla ordumuza hücum edənləri öz səslərində boğduq. Bəziləri nə deyir? Dinc sakinləri vururlar... Vicdansızlar, əxlaqsızlar. Bizim qanımızda dinc sakinləri vurmaq yoxdur, amma sizinkində var. Siz Malidə, Ruandada, Korsikada dayanmadınız, Liviyada bunu etdiniz. Türkü bu formada izah edə bilməzsiniz. Vətənimizə, sərhədlərimizə hücum edənlərə bunun hesabını ödədirik. Siz on min kilometr uzaqdan buraya niyə gəlirsiniz?”, - Ərdoğan bildirib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/232373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR