Çaylardakı vəziyyətlə bağlı - Son məlumat

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Metbuat.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-160, Kiçik Qafqazın çaylarında 170-200, Lənkəran-Astara bölgəsi çaylarında 100-120, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətdə isə, fevralın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 190 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Bununla yanaşı, Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 67 m3/s təşkil edərək ongünlük normanın 88 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 14, Salyanda 16, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində 24 sm artım müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 409 sm (2017-ci il fevralın 23-də 466 sm), Şirvanda 293 sm (2017-ci il fevralın 23-də 365 sm), Salyanda 241 sm (2017-ci il fevralın 23-də 325 sm), Bankədə 213 sm (2017-ci il fevralın 23-də 240 sm), Araz çayının Novruzlu məntəqəsində isə 140 sm (2017-ci il fevralın 23-də 188 sm) təşkil edir.

Magistraturaya qəbul imtahanı yekunlaşdı - DİM - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR