Zəlzələ dağları yerindən oynatdı

Papua-Yeni Qvineyada baş verən 7,5 böyüklüyündəki zəlzələ dağların yerindən oynamasına səbəb olub.

Metbuat.az xəbər verir ki, zəlzələdən sonra davam edən afterşoklar insanları təşviş içərisində saxlayıb.

Ölkənin bir çox yerində meydana gələn nəhəng sürüşmələr yolları bağlayıb. Beynəlxalq Qızıl Xaç rəsmiləri bəzi yerlərdə kommunikasiya xətlərinin tamamilə kəsildiyini bildirib.

Xatırladaq ki, 1998-ci ildı Sakit Okean çevrəsində yer alan ada ölkəsində baş verən 7 bal gücündəki zəlzələ sunamiyə yol açmış və 2 min 200 insanın ölümünə səbəb olmuşdu.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR