Əkizlərdən Damla ilə bağlı şok açıqlamalar

Müğənni Sevinc-Sevil bacıları həmkarları Damlaya ağıl verdilər.

Metbuat.az xəbər verir ki, “ATV maqazin onlarla” verilişinin qonağı olan əkiz bacılar həmkarları ilə bir oxumaq istəməyiblər.

“Bizim yolumuz ayrı, onun yolu ayrıdır. İstəmirik bizi bir hallandırsınlar. Çünki onun etdiyini biz, bizim etdiyimizi o edə bilməz. “Məkan olaraq restoran zəng edir ki, sizə konsert etmək istəyirik. Filankəslər də olacaq... Deyirik ki, biz olmayacağıq. O, şəxslər min istəyirsə, biz on min istəyirik. Buna gücünüz çatmayacaq. Bizim üçün solo konsert edin. Bu şərtləri onları bəyənmədiyimiz üçün yox, gördüyümüz işə hörmətlə yanaşmaq üçün qoyuruq. "Filankəslər olacaqsa, biz olmayacağıq" demək qudurğanlıqdan irəli gəlmir.

Hardasa Damla inciyirsə, özü bilər. Ancaq özünə başa salmışıq ki, incimə. Hansısa 20 minə "yox" demişiksə, özümüzü daha yüksək səviyyədə görmək istədiyimiz üçündür. Sən də bizim yerimizdə olmaq istəyirsənsə, bu cür olmalısan. İldə 50 min az qazanacaqsan, amma yaxşı yerdə olacaqsan.”

Şəbnəm Tovuzlu Əli Mirəliyevin tənqidinə belə cavab verdi - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR