Azərbaycanın “Eurovision” mahnı və klipinin yayım tarixi məlum olub
Paylaş
105 baxış·1 dəq oxu
Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanı “Eurovision” mahnı yarışmasında təmsil edəcək Aysel Məmmədovanın musiqi və klipinin təqdimat tarixi məlum olub. “Report”un məlumatına görə, Yunanıstanın paytaxtı Afına şəhərində lentə alınan klip martın 4-də təqdim ediləcək. Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.