​Könül Xasıyevanın oğlunun səhhəti pisləşib

Xalq artisti Könül Xasıyevanın oğlu Kazımın səhhətində problem yaşanıb.

Metbuat.az-ın məlumatına görə, xalq artisti bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O bildirib ki, oğlunun səhhətində yaranan nasazlığa görə efirə qatıla bilməyib: “Çox təəssüf edirəm ki, Kazımın və öz səhhətimlə əlaqəli canlı efirə gələ bilmədim. Salamatçılıq olsun. Əsası odur. Mənim bir övladım var. O da xəstəlikdən əziyyət çəkir. Ona da qrip olmaq olmaz. Amma indi ölkədə yayılan qrip virusu oğlumu da tutub. Yəqin ki, Kazıma da məktəbdə uşaqlardan keçib. Qrip mənə də keçib. O üzdən ikimizdə yataq rejimində müalicə götürmüşük”.
Qeyd edək ki, K.Xasıyeva onurğa iflicindən əziyyət çəkir.


Zaur Kamalın efirdə verdiyi sual - müğənnini özündən çıxardı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR