Yağışda islanmamaq üçün uşaqdan çətir kimi istifadə etdi

ABŞ-da bir qadın yağışda islanmamaq üçün uşağı çətir kimi istifadə edib.

Metbuat.az xəbər verir ki, hadisə Amerikanın Luiziana əyalətində baş verib.

Gecə saatlarında çəkilən görüntülərdə ticarət mərkəzindən çıxan qadının uşağı çətir kimi istifadə etdiyi görülüb. Qısa müddətdə sosial şəbəkələrdə yayılan görüntülər insanlar tərəfindən sərt qarşılanıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR