Play Store

Qondarma Sumqayıt hadisələrinə dair keçirilən dinləmələrdə erməni lobbisi - ifşa olunub

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunmuş dinləmələr keçirilib.

Metbuat.az-ın Trend-ə istinadən xəbərinə görə, təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi (həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino) tədbirə qatılıb.

Dinləmələr haqda xəbər aldıqdan dərhal sonra Kaliforniyada fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin fəal üzvləri, o cümlədən Həmid Azəri, Samir Lütvəliyev, Anar Usubov və digərləri səfərbər olunaraq, tədbirə qatılıblar.

Tədbirdə Azərbaycanda yaşadığını və Sumqayıt hadisələrinin canlı şahidi olduğunu iddia edən erməni lobbisinin nümayəndəsi ölkəmiz əleyhinə böhtan xarakterli çıxış edərək, 1988-ci ilin Sumqayıt hadisələrini özlərinin uydurduğu versiyada təqdim edib. Senator Portantino və Vilk də onlara natiqə dəstək verərək, erməni lobbisinə yarınmağa çalışıblar.

Dinləmələrdən sonra prosedur qaydalarına uyğun olaraq, ictimaiyyət şərh və suallar verməyə dəvət edilib. Bu zaman Senator Vilk bəhanə edərək tədbiri tərk edib. Azərbaycan icmasının gənc üzvlərindən biri senator E.Portantinoya müraciət edərək, deyib:

“Siz Sumqayıt hadisələrindən danışdınız. Halbuki bu hadisələri törədənlərin hamısı məsuliyyətə cəlb edilib. Onlardan biri də Qriqoryan adlı erməni idi. Ancaq 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilmiş insanlıq əleyhinə dəhşətli cinayətin günahkarları indiyədək cəzasız qalıb. Siz niyə çıxışınızda bu faktları qeyd etmirsiniz? Xocalı qətliamı ilə bağlı dinləmələr keçirəcəksinizmi?” O, senatoru məsələyə birtərəfli yanaşmamağa çağırıb. Bu cür sualı gözləməyən senator E.Portantino pərt şəkildə məsələni araşdıracağını bildirib.

Digər icma nümayəndəmiz çıxışında əslən Qarabağdan olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizdə 1 milyondan artıq insanın öz dogma yurdlarından didərgin düşdüyünü, hüquqlarının kobud şəkildə pozulduğunu qeyd edərək, “siz öz torpaqlarına qayıtmağı gözləyən o bir milyon insana nə deyə bilərsiniz?” sualını ünvanlayıb. Senator E.Portantino suala cavab verməkdən yayınıb.

Sonra daha bir soydaşımız, Kaliforniyanın nüfuzlu Kaliforniya Berkli Universitetinin tələbəsi çıxış edərək deyib:

“Biz sizə sorğu ünvanlayaraq, Azərbaycan icmasından da bir nümayəndənin bu dinləməyə dəvət olunması və erməni nümayəndə ilə yanaşı çıxış etməsini xahiş etmişdik. Mənim sualım budur ki, hər iki tərəfin fikirlərini dinləmək əvəzinə siz niyə məsələyə birtərəfli yanaşaraq, yalnız erməni tərəfinə söz vermisiniz?”

Digər icma nümayəndəmiz sərt çıxış edərək, deyib:

“Siz qırğınlar törətmiş avtoritar rejimlərdən danışdınız. Lakin hazırda Ermənistanda hakimiyyətdə olan rejimi qeyd etmədiniz. Halbuki Ermənistanı bu gün idarə edən və siz, senator, Ermənistana səfərlərinizdə görüşdüyünüz o insanlar vaxtilə yüz minlərlə dinc azərbaycanlıya qarşı qırğınlar törətmiş şəxslərdir. Burada yaşayan və fəaliyyət göstərən erməni lobbisi və Ermənistan vətəndaşları sizə bu cür yalan məlumatlar çatdırırlar və siz, senator, bütün Kaliforniyanı təmsil edən rəsmi nümayəndə kimi bu yalanları sorğulayacaq ilk şəxs olmalısınız. Biz, Kaliforniya sakinləri sizdən çox məyusuq. Biz azərbaycanlılar sizin dəstəklədiyiniz Ermənistan hökuməti tərəfindən qırğına məruz qalmışıq. Ancaq siz həqiqətlərə göz yumursunuz, qarşı tərəfi dinləmək, doğruları öyrənmək istəmirsiniz. Mən buna çox təəssüf edirəm və sizə görə çox utanıram.”

Çıxış edən digər icma üzvləri, o cümlədən Xocalı soyqırımı şahidi Anar Usubov, senatorları məsələyə birtərəfli yanaşmamağa çağırıblar. Onlar Ermənistan-Azərbaycan münaqişəsi, Xocalı soyqırımı haqqında faktlar irəli sürərək, Azərbaycanın haqq səsini çatdırıblar.

Dinləmələrdə iştirak edən, ABŞ-dakı radikal erməni lobbisinin aparıcı təşkilatları olan Amerika Erməniləri Milli Komitəsinin və Amerika Erməni Assambleyasının (Azərbaycan icmasının belə sərt təpkisini gözləməyən) rəhbər şəxsləri söz alaraq, E.Portantinonu düşdüyü pis durumdan çıxarmağa çalışsalar da, əksinə dolaşıq fikirləri özlərini bir daha ifşa ediblər.

Senator E.Portantino icma üzvlərimizin ünvanladığı suallara çıxışlardan sonra cavab verəcəyini bildirsə də, tədbirin sonuna kimi səssiz qalaraq, heç bir münasibət bildirməyib və ümumu sözlərlə dinləmələri yekunlaşdırıb.

Azərbaycan icması üzvlərinin çıxışlarına bu linkdə baxmaq olar:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR