"Fənərbaxça"nın hücumçusu Fernandao "Beçiktaş"la oyunda etdiyi qeyri-etik jestə görə cəzalanıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Fernandao İstanbul derbisində qol vurduqdan "qartal" azarkeşlərinə qeyri-etik jest etmişdi. Onun hərəkəti araşdırılıb və futbolçu cəzalanıb.
Fernandao 13 min avro cərimə edilib və 2 oyunluq cəzaya məruz qalıb. Fernandaonun vurduğu qol isə "Fənərbaxça"nı məğlub olmaqdan xilas edə bilməmişdi - 1:3.
Milli.Az