Polis əməkdaşlarına müqavimət göstərən

Polis əməkdaşlarına müqavimət göstərən paytaxt sakini saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Pərviz Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılarkən o, idarə etdiyi avtomobillə polis əməkdaşlarının istifadəsində olan iki avtomobilin qabaq hissələrini əzib, habelə bıçaqla onlara müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Həzili polis əməkdaşları tərəfindən saxlanılıb, ondan 1 ədəd tapança, idarə etdiyi avtomobildən isə 3 ədəd bıçaq və 2,501 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

7 gündən sonra gözlərinizə İNANMAYACAQSINIZ - Saçı tökülən kişilər üçün - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR