Dünyanın ən böyük fast-food şirkətlərindən Kentucky Fried Chicken (KFC) ötən günlərdə İngiltərə restoranlarında tükənən toyuq xəbərlərilə gündəm olmuşdu.

Milli.Az marja.az-a istinadən bildirir ki, ötən həftənin bazar ertəsidən cüməyə qədər Birləşmiş Krallıqda bir çox KFC restoranı bağlanmışdı.

İngiltərədəki KFC restoranlarında hazırda gravy sous böhranı yaşanır. KFC-nin klasik toyuq sousu hazırda restoranlarda yoxdur.

KFC keçən həftə baş verən toyuq çatışmazlığını təchizat şirkətini dəyişməsilə açıqlamışdı.

Kentucky daha sonra verdiyi qəzet elanlarında müştərilərindən üzr istəmişdi.

Milli.Az