Tilsimli daş Afaq Aslanın bəxtini açıb

Müğənni Afaq Aslana evlilik təklifi gəlib.

Metbuat.az xəbər verir ki, müğənni Ece Seçkinlə davası çıxarkən Türkiyəyə yollanan ərəfədə sevgi təklifi alıb. Açıqlamasında bildirib ki, təklif türkiyəlidən gəlsəydi heç vaxt qəbul etməzdi:

“Ece Seçkinlə dava ərəfəsi qismətimi tapdım. Qismətim də deyirəm, amma nə bilim, görək necə alınacaq? Hüquqşünasdır, ancaq onu deyim ki, azərbaycanlıdır. Mən həmişə demişəm, həyatıma heç vaxt başqa millətdən adamın olmasına qoymaram. Ancaq ürəyimə dammışdı ki, Türkiyədə sevgimi tapacam. Çünki eşitmişdim ki, çəhrayi kvars daşı qızların bəxtini açır. Bu daşı sınamaq üçün aldım. İndi artıq bu daşın güclü olmasına daha çox inanıram.”

Dövlət televiziyası və radiosunun diktoru dünyasını dəyişib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR