Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, gecənin hər iki görüşü İngiltərədə baş tutacaq.
Premyer Liqada çempionluğa doğru inamla irəliləyən "Mançester Siti" ÇL-də də iddialı çıxışı ilə diqqət çəkir. "Şəhərlilər" "Bazel"lə cütün taleyini ilk dueldə həll ediblər. Çempionlar Liqasının da favoritləri arasında göstərilən "Mançester Siti" indidən 1/4 final barədə düşünə bilər.
Adalılardan "Tottenhem"i çətin sınaq gözləyir. ÇL-in son finalçısı "Yuventus"la qarşılaşacaq londonlular müəyyən üstünlüyə malikdilər. Hər halda, səfərdən qollu heç-heçə ilə dönən "Tottenhem" evdə fərqlənməsə belə, qapısını toxunulmaz saxlamaqla mübarizəni davam etdirə bilər. Lakin "Yuventus" da İngiltərəyə mərhələ adlamaq üçün yollanıb. Bu, qarşılaşmanın gərgin və maraqlı keçəcəyindən xəbər verir.
Çempionlar Liqası
1/8 final (cavab oyunları)
7 mart
23:45. "Mançester Siti" (İngiltərə) - "Bazel" (İsveçrə)
İlk oyun - 4:0
23:45. "Tottenhem" (İngiltərə) - "Yuventus" (İtaliya)
İlk oyun - 2:2
Milli.Az