Papua-Yeni Qvineyada çərşənbə günü 6,7 maqnituda gücündə zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 18 nəfər həyatını itirib.

Bildirilir ki, yeraltı təkanlar Yeni Qvineya adasının şərq hissəsində qeydə alınıb. Onun episentri 50 minə yaxın əhalisi olan Mendi şəhərinin 117 km qərbinə düşüb.

Milli.Az