Britaniya polisinin Rusiyanın keçmiş agentinin əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddə ilə zəhərləndirildiyini bildirib.
Britaniya hökumətinin təcili hallar komitəsi bundan öncə Sergey Skripal və onun 33 yaşlı qızının zəhərlənməsi ilə bağlı insidentlə əlaqədar çərşənbə günü yeni məlumatlar təqdim edib.
"Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir", polisin əks-terror şöbəsinin komissarının müavini Mark Roli bildirib. O deyib ki, Skripal və onun qızının vəziyyəti ağır olaraq qalır.
Rouli hansı kimyəvi maddədən istifadə edildiyi ilə bağlı məlumat verməyib.
Bu insident əsəb-sinir sisteminə təsir göstərən kimyəvi maddədən istifadə edilməklə sui-qəsd cəhdi kimi təhqiq edilir.
Skripal və onun qızı Yuliya keçən bazar günü Britaniyanın cənubunda yerləşən Salsbury şəhərindəki parkda huşlarını itirmiş vəziyyətdə tapılıblar.
İnsidentin ardınca Britaniya qanunvericiləri ölkədə son illər Rusiya kəşfiyyat agentlikləri ilə bağlı olduğu mümkün olan şübhəli ölüm hallarının təcili təhqiq edilməsi haqda çağırışlar edib.
Britaniyanın xarici işlər naziri Boris Conson Kremlin insidentə görə məsuliyyət daşıdığı aşkar edilsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi ilə hədələyib.
Onun bu açıqlamaları Rusiyanın Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən tənqidlə qarşılanıb.
Vaxtilə öz ölkəsində vətənə xəyanətə görə məhkum edilmiş cənab Skripal Birləşmiş Krallıqda sığınacaq tapmışdı. Onu iki gün əvvəl qızı ilə birlikdə Salisbury şəhərindəki ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə aşkar ediblər.
Onların ağır xəstələnməsinin dəqiq səbəbi hələ bilinməsə də, naməlum kimyəvi maddə ilə zəhərləndikləri təsdiq edilib.
Bu kimyəvi maddə o qədər zəhərliymiş ki, ata və qızın köməyinə gəlmiş həkim və polislər də sonradan özlərini pis hiss ediblər. Bir polis nəfəri də hazırda komadadır.
2006-cı ildə keçmiş FTX zabiti Aleksandr Litvinenkonun radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək ölmüşdü
Bu hadisə demək olar ki, dərhal 2006-cı ildə radioaktiv polonium-210 maddəsi ilə zəhərlənərək ölmüş keçmiş FTX zabiti Aleksandr Litvinenkonun başına gələn fəlakəti yada salıb.
Hazırda müstəntiqlər bu köhnə ölüm hadisəsini yenidən nəzərdən keçirirlər və Skripal insidenti ilə bənzərliyi olub-olmadığını araşdırırlar.
Britaniya üçün casusluq etmiş keçmiş KGB agenti Viktor Makarov Putinin hədələrindən təəccüblənməyib.
Skripal kimi Makarov da ikili agent qismində fəaliyyət göstərdikdən sonra Britaniyaya qaçaq düşüb. O, özünün şimali İngiltərədəki evində KQB-nin intiqamından necə qorxduğunu bildirib.
"Onlar məni güllə ilə boynumun arxasından vurmağa çalışacaqlar. Zəhərdən də istifadə edə bilərlər, - Makarov deyib, - Onlar heç vaxt unutmurlar. Mən 1970-ci illərdə KQB agenti işləyəndə onlar 30 il əvvəl xəyanət etmiş adamları axtarırdılar".
Sabiq Rusiya casusu Sergey Skripal dövlət sirlərini İngiltərəyə ötürmək ittihamları ilə həbs olunmuşdu. Sergey 2006-cı ildə baş tutan məhkəməsində 100 min dollar müqabilində Britaniyanın kəşfiyyat agentliklərinə Avropadakı rusiyalı casuslarla bağlı məlumat verdiyini etiraf etdikdən sonra 13 illik həbsə məhkum edilmişdi.
Dörd il Rusiya həbsxanasında qaldıqdan sonra o, 2010-cu ildə ABŞ ilə aparılan casus mübadiləsi nəticəsində azadlığa buraxılıb və daha sonra Britaniyaya köçüb.
Terrorla mübarizə polisi Skripal və qızının getdiyi əraziləri möhürləyək, istintaq başladıb.
"2006-cı ildə Aleksandr Litvinenkonun sui-qəsdi Avropa üçün Putin Rusiyasının necə hiyləgər bir dövlət olduğuna dair düşüncəni gücləndirən fakt oldu", - təhliçi Endryu Foksal bildirib.
Foksalın sözlərinə görə, Britaniya hər hansı diplomatik sanksiyaların həyata keçirilməsi üçün Avropa və ABŞ müttəfiqləri ilə birlikdə işləməlidir. Ancaq Britaniyanın özünün də ata biləcəyi addımlar var.
Rusiya sui-qəsd hadisəsində iştirakını təkzib edib və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Müstəntiqlər hücumda hansı maddədən istifadə edildiyini müəyyən etməyə çalışır.
Milli.Az