Anar Nağılbazın keçmiş həyat yoldaşı aparıcılıq edəcək

Tanınmış repçi Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva (Abdullayeva) veriliş açmağa hazırlaşır.

Bu barədə "Ölkə.Az"-a A.Cəbiyeva özü məlumat verib. Cəbiyevanın sözlərinə görə, ideya müəllifi olduğu verilişin aparıcıcısı da özü olacaq:

"Uşaqlarla bağlı dəb verilişi olacaq. Hazırlıq prosesi yekunlaşmaq üzrədir. Əgər işlər yolunda getsə, bir neçə günə ilk çəkilişlərimiz olacaq. Yaxın vaxtlarda verilişin hansı kanalda yayımlanacağı barədə açıqlama verəcəyəm".

Qeyd edək ki, A.Abdullayeva A.Nağılbazla ötən il boşanıb. Cütlüyün bu nikahdan iki övladı var.

Küsülü həmkarlar üz-üzə gəldi və... - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR