"Atletiko" "Qarabağ"a borcludur - İspan NƏŞRİ YAZDI

"Atletiko" "Qarabağ"a borcludur - İspan NƏŞRİ YAZDI
11:03 16 Mart 2018
136 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın nüfuzlu "Marca" nəşri "Atletiko"nun Avropa Liqasındakı irəliləyişinə dair yazı dərc edib.

Publika.az xəbər verir ki, yazıya "Qarabağ" Avropa nəhənglərinə belə xeyir verdi" başlığı əlavə edilib və bu hissədə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko”ya qarşı sərgilədiyi əzmkarlıq qeyd olunub.

Məqalədə madridlilərin “Lokomotiv”i hər iki oyunda darmadağın edərək, 1/4 finala yüksəldiyi görüşlərdən bəhs edilib. Bildirilib ki, "Atletiko" Avropa Liqasının qalibi olmağa ən real və rahat namizəddir. Və bunda “Qarabağ”ın payı da var. “Atletiko” Çempionlar Liqasında güclü rəqiblərə qarşı oynamaq yerinə, Avropa Liasında uğurla irəliləyir və bunun üçün “Qarabağ”a bocludur.

Qeyd edək ki, İspaniyanın nəhəng klublarından biri olan “Atletiko” Dieqo Simeonenin rəhbərliyi ilə Çempionlar Liqasının C qrupunda "Qarabağ"la görüşlərdə heç-heçələrlə (Bakıda 0:0, Madriddə 1:1) ayrılıb və nəticədə 7 xalla 3-cü yeri tutaraq, mübarizəni qitənin ən nüfuzlu klub turnirində davam etdirə bilməyib. Əvəzində yoluna Avroliqada davam edən "Atletiko" 1/16 finalda Danimarka "Kopenhagen"ini (səfərdə 4:1, evdə 1:0), 1/8 finalda isə "Lokomotiv"i (evdə 3:0, səfərdə 5:1) üstələyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/234502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR