Göygöldə ANA ÖLÜMÜ

Göygöldə ANA ÖLÜMÜ
23:38 17 Mart 2018
Ölkə mətbuatı
A- A+

Göygöldə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana ölüb.

Rayonun Şəhriyar kənd sakini 1976-cı il təvəllüdlü Abdullayeva Ofelya Cəlal qızı martın 15-də rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan sonra vəziyyəti pisləşən qadın reanimasiya şöbəsinə yerləşdirilib. Ona tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, bu qadının dünyaya gətirdiyi üçüncü övlad olub. Yeni dünyaya gələn oğlan uşağının vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/234689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR