Azərbaycanlı müğənni Günel Zeynalova mənəvi atası dediyi İbrahim Tatlısəsi İzmirdəki evində ziyarət edib.

Publika.az xəbər verir ki, Günel imperatorun evində çəkdiyi şəkli sosial şəbəkədə paylaşıb. O, qeyd edib ki, atası İbrahim Tatlısəs üçün xaş bişirib:

"Eyvanda telefonu əlimə alanda, dedi ki, selfie sevmir, adam pis düşür. Onda bildirdim ki, mən çəksəm, bəyənəcəksən, amma mənə poza ver. Nəticə budur, yaraşıqlı mənəvi atam mənim İbrahim Tatlısəslə selfimiz. İzmirdə xaş borcumu da yerinə yetirmiş hesab edirəm. Sən istəyərsən və atam xaş hazırlamaz?! Yaxşı ki varsan, imperator. Yeri gəlmişkən, İbrahim bombalarla gəlir, bu qədər istirahət kifayətdir. Qulaqlarınız pası silinəcək!"