Azərbaycandakı Türkmənistan vətəndaşları Bakıda açılmış seçki məntəqəsinə gələrək Türkmənistan Məclisi deputatlarının, Halk Maslahatı (Xalq Məşvərəti) və Qenqeşlərin (Şuraların) üzvlərinin seçkilərində fəal iştirak edirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycanda müvəqqəti və daimi yaşayan Türkmənistan vətəndaşlarının seçkilərdə iştirakı məqsədilə bu gün səfirliyin ərazisində 1 №-li seçki məntəqəsi açılıb.
Saat 11.00-a olan məlumata əsasən, səsvermədə seçicilərin 60 faizdən çoxu iştirak edib.
Türkmənistanın Azərbaycandakı səfirliyində bütün Türkmənistan vətəndaşlarının öz süçki hüququnu həyata keçirilməsi üçün dünya standartlarına uyğun hər cür şərait yaradılıb.
Milli.Az