Meksika ilə oyunöncəsi Xorvatiya millisinin təlim-məşq toplanışını 6 futbolçu tərk edib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "damalılar"ın məşqçilər korpusu bəzi oyunçuların klublarının düşərgəsinə yollanmasına qərar verib.

"AS" nəşrində yer alan məlumatda Peru ilə oyunda (0:2) 90 dəqiqə meydanda olan Luka Modriç "Real"ın heyətində "Las Palmas"la matçın hazırlıqlarına qatılacaq. La Liqanın növbəti turunda oynamayacaq Kovaçiç isə yığmadan ayrılmayıb.

Xorvatiya millisinin düşərgəsini tərk edən digər oyunçular isə Daniel Subaşiç ("Monako"), Mario Mancukiç ("Yuventus"), İvan Perişiç və Marselo Brozoviç (hər ikisi "İnter") və Nikola Kaliniçdir ("Milan").

Milli.Az